18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər çərçivəsində bayram proqramları, musiqili-bədii kompozisiyalar, rəsm və əl işləri sərgiləri, idman yarışları, intellektual və əyləncəli oyunlar, müxtəlif yaradıcılıq müsabiqələri təşkil olunmuşdur. Uşaqlar və şagirdlər şeirlər səsləndirmiş, mahnı və rəqslərlə çıxış etmiş, hazırladıqları əl işləri və rəsm nümunələrini nümayiş etdirmişlər.

Keçirilən tədbirlər zamanı uşaqların hüquq və mənafelərinin qorunması, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Eyni zamanda, uşaqların asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və onlara göstərilən diqqət və qayğının təbliği istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilmişdir.

Tədbirlər iştirakçılara xoş ovqat bəxş etmiş, uşaqların bayram sevincini bölüşmələrinə və öz bacarıqlarını nümayiş etdirmələrinə əlverişli şərait yaratmışdır.